Home Biznes və iqtisadiyyat xəbərləri İtalyan alimləri COVİD əleyhinə peyvəndin effektivliyinin 5 aydan sonra 40% azaldığı qənaətinə...

İtalyan alimləri COVİD əleyhinə peyvəndin effektivliyinin 5 aydan sonra 40% azaldığı qənaətinə gəlib

292
0
SHARE

Koronavirus peyvəndinin effektivliyi ikinci dozadan beş ay sonra 40%-dən çox azalır.

Bu barədə bazar günü İtaliya Ali Səhiyyə İnstitutu məlumat yayıb.

Qurumun məlumatında bildirilir ki, peyvənd dövrü başa çatdıqdan 150 gün sonra xəstəliyin qarşısının alınmasında peyvəndlərin effektivliyi 71,5%-dən 30,1%-ə qədər azalır.

 

Eyni zamanda, qeyd olunur ki, infeksiyaya yoluxduqda xəstəliyin ağır gedişatının qarşısının alınmasında peyvəndin effektivliyinin yüksək olaraq qalır: beş aydan az müddətdə peyvənd olunanlarda bu göstərici 92,7%, sonuncu dozanın qəbul edilməsindən 150 gündən çox vaxt keçdikdə isə 82,2%-dir.