Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 terrorçunu məhv edib

253
0
SHARE

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 3 YPG terrorçusunu məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilir.

Məlumata görə, silahlılar Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatı zonasında terror aktı törətmək niyyətində olublar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.