Bu ilin yanvar-noyabr aylarında 131 min nəfərdən çox şəxsə sosial ödənişlərin elektron qaydada təyinatı həyata keçirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat verib.
Elektron təyinatın 21 min nəfərdən çoxu pensiya, 109 min nəfərdən çoxu isə müavinət və təqaüd alanların payına düşüb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.