Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə ərazisində ölüm hökmünün qadağan olunması barədə qanunu imzalayıb.
Bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, Qazaxıstanda 17 maddə üzrə ölüm hökmü nəzərdə tutulub.
2003-cü ildə sabiq prezident Nursultan Nazarbayev ölüm hökmünə moratorium tətbiq olunması barədə fərman imzlanmışdı. Sənədə əsasən, ölkədə ölüm hökmünün verilməsi qadağan olunmasa da, qərarların icrası dayandırılmışdı.