Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya və ABŞ-ın təhlükəsizlik məsələləri üzrə danışıqlarının vaxtı açıqlanıb

Rusiya və ABŞ-ın təhlükəsizlik məsələləri üzrə danışıqlarının vaxtı açıqlanıb

262
0
SHARE

Yanvarın 10-da Rusiya və ABŞ arasında təhlükəsizlik məsələləri üzrı danışıqlar baş tutacaq.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O qeyd edib ki, tərəflər öz narahatlıqlarını müzakirə edəcəklər, ABŞ açıq dialoq və diplomatiya kanallarının potensialına ümid edir.

“Biz danışıqlar masası arxasına əyləşəndə, əlbəttə ki, öz narahatlıqlarımızla bağlı məsələləri qaldıracağıq. Düşünürəm ki, Rusiya tərəfi də bunu edəcək”, – deyə Prays vurğulayıb.

O əlavə edib ki, Vaşinqton müttəfiqlər və tərəfdaşlarla bağlı məsələləri onların iştirakı olmadan müzakirə etməyəcək. Prays irəliləyişin əldə oluna biləcəyi sahələr olduğunu qeyd edib.