Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya Xəzərdə plastik tullantılarla mübarizəyə vəsait ayırır

Rusiya Xəzərdə plastik tullantılarla mübarizəyə vəsait ayırır

235
0
SHARE

Rusiya 2021-2024-cü illərdə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) xətti ilə Xəzər dənizində plastiklə mübarizə üzrə birgə layihənin həyata keçirilməsinə 4 milyon dollar ayıracaq.

Bu barədə Rusiya Federasiyası hökumətinin informasiya portalında dərc olunan sərəncamda deyilir.

 

 Qeyd olunur ki, vəsait federal büdcədən ayrılacaq. Maliyyə BMT-nin İnkişaf Proqramı və təşkilatın Ətraf Mühitlə bağlı “Xəzər dənizində tullantılar və plastik probleminin həllinə sistemli yanaşmanın inkişafına yardım” Proqramına yatırılacaq. O cümlədən 2021-ci ildə – 744,8 min dollar, 2022-ci ildə – 1 milyon dollar, 2023-cü ildə – 1,3 milyon dollar və 2024-cü ildə – 859,8 min dollara qədər vəsait ayrilması nəzərdə tutulur.