Türkiyənin Tunceli vilayətində “Eren Kış” antiterror əməliyyatının altıncı mərhələsi çərçivəsində 9 PKK terrorçusu zərərsizləşdirilib, silahlıların 143 sığınacağı məhv edilib, 21 mağaranın girişləri məhv edilib, çoxlu sayda silah və sursat ələ keçirilib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, Tunceli vilayətinin Mercan rayonunda PKK terror təşkilatı silahlılarına qarşı əməliyyata 1062-yə qədər xüsusi təyinatlı cəlb olunub.
Nazirliyin xüsusi təyinatlı bölmələrinin 74 əməkdaşı terrorçuların toplandığı ehtimal olunan ərazilərində axtarış əməliyyatlarına cəlb olunub.
Bildirilib ki, terrorçulardan biri sağ ələ keçirilib, digər səkkizi isə məhv edilib.
Zərərsizləşdirilən beş silahlı Türkiyə Daxili İşlər Nazirliyinin tabeliyində olan xüsusi təhlükəli terrorçular siyahısında olub.