Home Biznes və iqtisadiyyat xəbərləri Vüqar Rəhimzadə: 2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik

Vüqar Rəhimzadə: 2022-ci ilin Azərbaycan tarixinə Böyük Qayıdış ili kimi yazılacağına əminik

330
0
SHARE

“Azərbaycan tarixinin uğur səhifələrini zənginləşdirən daha bir ili arxada qoyuruq. Hər bir ilin hesabat xarakteri daşıdığını nəzərə alıb “2021-ci il ölkəmizin təqdimatına hansı əlavələri etdi” sualını cavablandırmaq istədik. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı qürurludur ki, artıq uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Azərbaycanımıza baxış keçiririk. Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın  bu gününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan  möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 2021-ci ilin uğurlarla zəngin bir il kimi tarixə qovuşmasını şərtləndirən digər amil isə xalqımızın birliyi, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsidir. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərimizə səfərlərində bu fikri daim bəyan edir ki, 44 günlük Vətən müharibəsində birliyimiz sayəsində tarixi Zəfərə necə nail olduqsa, işğaldan azad edilmiş ərazilərimizdə də bərpa və quruculuq işlərini uğurla  həyata keçirəcək və Böyük Qayıdışı təmin edəcəyik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi sahibinə qovuşan torpaqlarımıza  hər bir səfəri Böyük Qayıdışı  yaxınlaşdırır. Bu ərazilərdə müasir idarəçilik sisteminin yaradılması, yeni sosial obyektlərin təməlinin qoyulması,  açılışı  2021-ci ili səciyyələndirən uğurlar sırasındadır.”

Bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, tarixi Zəfərimizin yaratdığı reallıqların təsdiqi istiqamətində atılan addımlar və əldə olunan nəticələr davamlı olub: “İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenilənməsi prioritetdir. Dövlət başçımızın Zəfər yolu adlandırdığı Füzuli-Şuşa yolunun tikintisinə başlanıldı və cari ildə istifadəyə verildi. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan mühüm addım kimi Füzuli Beynəlxalq Hava Limanının 8 ayda tikilib istifadəyə verilməsini xüsusi qeyd etməliyik. Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası davam edir. Qarabağın dünyaya açılan hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışında  ölkə Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan  iştirak etdi. Bu, bir daha qardaşlığımızın dünyaya növbəti təqdimatı kimi dəyərləndirildi. Türkiyə Prezidenti işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. İyun ayının 15- də,  Milli Qurtuluş Günündə Qarabağın tacı Şuşamız qardaş ölkənin Prezidentini qarşıladı və Azərbaycan-Türkiyə  müttəfiqliyinin təsdiqi olan sənədin imzalanmasına şahidlik etdi. Füzuli Beynəlxalq Hava Limanının açılışında birgə iştirakdan sonra Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsi çərçivəsində ilk plot layihənin icrası ilə tanışlıq oldu, həmçinin Türkiyə-Azərbaycan birliyinin təntənəsi olan növbəti investisiya layihəsinin- “Dost Aqropark”ın təməli qoyuldu.”

Vüqar Rəhimzadə 2021-ci ilin Azərbaycanın həyatında uğurlarla zəngin il olduğunu önə çəkərək diqqəti Azərbaycanın təşəbbüsü ilə üç dost ölkənin- Azərbaycan, Türkiyə və Pakistanın palament sədrlərinin toplantısına və Bakı Bəyannaməsinin imzalanmasına yönəldib. Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması dünyaya bu birliyin sarsılmazlığının, bundan sonra daha da möhkəmlənəcəyinin təqdimatı oldu.

Tarixi Zəfərimiz bölgədə və dünyada  yeni reallıq yaratdı, işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bu reallıqlarla barışmağa çağırışlar edildi” söyləyən YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın bu bir ildə qazandığı diplomatik uğurlardan və dünya güclərinin reallıqları qəbul etməsindən bəhs edib: “2021-ci ilin yanvarında Rusiya və Azərbaycan prezidentlərinin, Ermənistanın baş nazirinin Moskva, noyabr ayında Soçi görüşləri, dekabr ayında isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyinin təsdiqidir. Azərbaycan təkmil sülh modelini təklif etməklə yanaşı, bu bəyanatı da səsləndirir ki, sülh təklifi masa üzərində uzun müddət qala bilməz. Bu, işğalçı Ermənistana və ona dəstək verən bəzi dövlətlərə ciddi  mesajdır. Artıq 30 illik işğal dövrünün deyil, postmünaqişə mərhələsinin reallıqları ilə yaşamaq lazımdır. Bu reallıqlar isə kommunikasiyaların açılmasını, yolların çəkilişini, iqtisadi əlaqələrin qurulmasını diktə edir ki, bu da öz növbəsində dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini bir tələbə çevirir.”

V.Rəhimzadə onu da vurğulayıb ki,  Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsinin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açdı: “2021-ci il martın 5-də  keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz İlham Əliyevin proqram xarakterli, Zəfərimizin yaratdığı yeni reallıqları özündə əks etdirın nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi. Bu əminlik ifadə edildi ki, partiya yeniləşmiş formatda daha fəal olacaq, ölkə qarşısında dayanan problemlərin həllində daha fəal iştirak edəcək. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya Sədrinin Birinci müavini təyin edildi. Azərbaycanın Birinci vitse-prezidenti,  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasında  rəhbər strukturda təmsil olunmaqla  Azərbaycanın daha da möhkəmlənməsinə, dayanıqlı inkişafına, yeni reallıqlara uyğun müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsinə, ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə öz töhfələrini verir. Xalqımız tam əmindir ki, hər bir ili təkmil islahatları, düşünülmüş siyasəti ilə  tariximizə zəngin il kimi yazan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın birgə səyləri nəticəsində Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan daha möhtəşəm uğurlara imza atacaq, qarşıdan gələn 2022-ci il bütün dünya azərbaycanlılarına  Böyük Qayıdış sevincini yaşadacaq.”