Home Biznes və iqtisadiyyat xəbərləri Berluskoninin İtaliya prezidenti olmaq şansları aşağı qiymətləndirilir

Berluskoninin İtaliya prezidenti olmaq şansları aşağı qiymətləndirilir

312
0
SHARE
President, A.C. Milan While not busy as Italy’s Prime Minister, the billionaire dotes on his country’s most prestigious soccer club.

The Wall Street Journal İtaliyanın keçmiş baş naziri, “İrəli, İtaliya!” partiyasının lideri Silvio Berluskoninin ölkə prezidenti olmaq şanslarını qiymətləndirib.

Onun seçkilərin ilk üç turunda qələbə ehtimalı çox azdır.

Hazırkı dövlət başçısı Sercio Materellanın səlahiyyət müddəti 2022-ci ilin fevralında başa çatır. Qəzet yazır ki, Berluskoni bu posta yiyələnmək üçün sol mərkəzçi müxalifətin dəstəyi lazımdır.

Bunun üçün ilk üç turda parlamentin iki palatasının deputatlarından və regionların nümayəndələrindən ibarət gizli seçki kollegiyasının səslərinin üçdə ikisini toplamaq lazımdır. Analitiklərin fikrincə, belə səs çoxluğunu əldə etməyə qadir yeganə namizəd İtaliyanın hazırkı baş naziri Mario Draqidir.

Dördüncü və sonrakı turlarda səslərin 50 faizi üstəgəl bir səs toplamaq lazımdır. Bu baxımdan Berluskoninin şansları var, lakin Draqinin şansları xeyli artır. İtaliyada prezident seçkilərinin birinci turu yanvarın sonlarına təyin edilib. Berluskoninin özü namizəd olmaq niyyətini rəsmən açıqlamayıb, lakin bu iddia ilə yerli KİV-lər çıxış edir.