Home Biznes və iqtisadiyyat xəbərləri Millət vəkili Könül Nurullayeva Nizami rayonunun qaziləri ilə növbəti görüşünü keçirib (FOTO)

Millət vəkili Könül Nurullayeva Nizami rayonunun qaziləri ilə növbəti görüşünü keçirib (FOTO)

279
0
SHARE

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonundan olan qazilərlə növbəti dəfə görüş keçirib.

Görüşdə çıxış edən millət vəkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasına daxil olduğunu, o cümlədən ən müasir texnikalar ilə təchizat, hərbi sənayenin yaradılması və s. bu kimi istiqamətlər üzrə önəmli addımlar atıldığını bildirib. O, həmçinin müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən qəhrəman hərbçilərimizin şücaəti hesabına, şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın öz haqq savaşında zəfər çalmasından, Ermənistanın işğalçılıq siyasətinə son qoymasından bəhs edib. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin hal-hazırda sürətlə davam etdiyini vurğulayan deputat K.Nurullayeva, eyni zamanda məişət problemlərini səsləndirən qaziləri dinləyib, müraciətlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Nəzərinizə çatdıraq ki, görüşdə iştirak edən qazilər sırasında gizir Həsənov İsa Rüfət oğlu, gizir Cavadov Elvin Tərxan oğlu, Əliyev Anar Hidayət oğlu, Həsənov Əhəd Təyar oğlu və Quluzadə Xosrov İlham oğlu yer almışdır.