Home Biznes və iqtisadiyyat xəbərləri Qarabağa “Zəfər marşrutları” təşkil olunacaq – Fuad Nağıyev

Qarabağa “Zəfər marşrutları” təşkil olunacaq – Fuad Nağıyev

298
0
SHARE

“Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Milli Məclis” jurnalına deyib.

Onun sözlərinə görə, hazırda digər dövlət qurumları ilə birlikdə azad edilmiş ərazilərdə turizmin bərpası və inkişaf etdirilməsi, bölgənin yeni turizm destinasiyasına çevrilməsi planları üzərində işlər aparılır.

“Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdılmasına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir. Bütövlükdə Qa­rabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur böl­gələri turizmin müxtəlif növlərinin – eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etmə­yə xüsusi ehtiyac var. Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var. Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zən­gin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və “Zəfər marşrutları” konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. Azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır”, – deyə o bildirib.