Home Biznes və iqtisadiyyat xəbərləri Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

Qazaxıstan prezidenti hökumətin istefasını qəbul edib

190
0
SHARE

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.

Bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.

“Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin”, – deyə dövlət başçısının fərmanında deyil.

Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.

“Bu Fərman imzalandığı gündən qüvvəyə minir”, – deyə qeyd edilir.