Qazaxstan prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Arinov Çingiz Sayranoviç Qazaxıstan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini – Qazaxıstan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.
Daha əvvəl Qazaxıstan dövlət başçısının sərəncamı ilə, Saken İsabekov Qazaxıstan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini – Qazaxıstan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilərək Qazaxıstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.