Home Biznes və iqtisadiyyat xəbərləri Almatı tamamilə nəzarət-buraxılış məntəqələri əhatəyə alınıb

Almatı tamamilə nəzarət-buraxılış məntəqələri əhatəyə alınıb

201
0
SHARE

Almatı tamamilə nəzarət-buraxılış məntəqələri ilə əhatayə alınıb.

TASS xəbər verir ki, bu məntəqələrdə onlarla hərbçi və zirehli texnika növbə çəkir.

Şəhərdən çıxışda avtomobillər diqqətlə yoxlanılır.

Şəhərdə vaxtaşırı atışma eşidilir, lakin əvvəlki günlər kimi intensiv deyil. Televiziyalarda xüsusi əməliyyat aparılan ərazilərdə pəncərələrdən uzaqlaşmaq çağırışları təkrarlanır. Bəzi ərzaq mağazaları açılsa da, sakinlər satışda çörəyin olmadığını deyirlər.

Hələ də bankomatlarla bağlı problemlər var, demək olar ki, şəhərdə pul nağdlaşdırmaq mümkün deyil.

Bundan əvvəl Almatı vilayətinin hakimiyyət orqanları vəziyyətin nəzarət altında olduğunu, lakin bölgədə terror təhlükəsinin ən yüksək səviyyədə olduğunu bəyan etmişdilər. Hakimiyyət əhalini sakit olmağa və lüzumsuz yerə evlərini tərk etməməyə çağırıb.