Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün onlayn konfransı ilkin olaraq yanvarın 10-na planlaşdırılıb.
Bu barədə Ermənistanın baş naziri, KTMT-nin fəaliyyətdə olan sədri Nikol Paşinyanın mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, KTMT dövlət başçılarının onlayn konfransı ilkin olaraq bazar ertəsinə təyin edilib.
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyib.