Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyə Qazaxıstana hər cür dəstəyə hazırdır – Hulusi Akar

Türkiyə Qazaxıstana hər cür dəstəyə hazırdır – Hulusi Akar

200
0
SHARE

İnanırıq ki, Qazaxıstandakı qardaşlarımız öz gücləri və imkanları ilə ölkənin üzləşdiyi bütün çətinliklərin öhdəsindən gələcəklər.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Ankara Qazaxıstanda baş verən son hadisələri diqqətlə izləyir.

“Qazaxıstan Türkiyənin mühüm müttəfiqidir və biz bu ölkədə vəziyyətin mümkün qədər tez sabitləşməsinə və asayişin bərqərar olacağına ümid edirik. Əgər Qazaxıstan Ankaraya hər hansı müraciət etsə, biz bunu tam şəkildə təqdim etməyə hazır olacağıq. Türkiyə Qazaxıstanın yanında olub və olacaq!”, – deyə nazir bildirib.