Türk Dövlətləri Təşkilatına (TDT) müddətli sədrlik edən Türkiyənin təklifi ilə TDT Xarici İşlər Nazirləri Şurasının təşkilata üzv və müşahidəçi ölkələrin iştirakı ilə növbədənkənar iclası başlayıb.
İclasda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Türk Dövlətləri Təşkilatı Katibliyinin məlumatına görə, Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev toplantıda iştirak edirlər.
Digər çıxışlardan sonra iclas Nazir Mövlud Çavuşoğlu yekun nitq söyləyəcək.