Home Biznes və iqtisadiyyat xəbərləri Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

Aİ Azərbaycan-Ermənistan sərhədində gərginlikdən narahatdır

247
0
SHARE

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir.

Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “Twitter” səhifəsindəki paylaşımında deyilir.

Paylaşımda həmçinin qeyd edilib ki, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında qaynar xətdən tam istifadə edilməsi vacibdir.

“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir”, – deyə paylaşımda bildirilib.