Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

298
0
SHARE

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin məlumatına görə, cənab H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.