Home Biznes və iqtisadiyyat xəbərləri Ombudsman Ermənistanın törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara çağırış edib

Ombudsman Ermənistanın törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara çağırış edib

215
0
SHARE

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistanın Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara çağırış edib.

Müraciətdə deyilir:

“Təəssüflə bildiririk ki, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törədib. Qarşı tərəfin snayper silahından açdığı atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Tərəflər arasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması haqqında 2020-ci il 10 noyabr və 2021-ci il 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəlarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir, Ermənistandan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməyi tələb edirik.

Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə, dayanıqlı sülhün və inkişafın təmin edilməsinə təhlükə yaradan bu kimi əməllərindən çəkindirilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun qəti tədbirlər görməyə çağırıram”.