Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində çox mühüm məsələlərə münasibət bildirib –...

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində çox mühüm məsələlərə münasibət bildirib – Rauf Əliyev

200
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2022-ci il tarixdə yerli televiziya kanallarına müsahibə verib. Prezident İlham Əliyev müsahibədə çox mühüm məsələləri əhatə edən sualları cavablandırıb. Azərbaycanın 2021-ci ildə əldə etdiyi iqtisadi uğurlardan danışılarkən qeyd olunub ki, ümumi iqtisadi artım 5 faizdən çox olub. Ən sevidirici hal odur ki, qeyri-neft iqtisadiyyatında artım 7,2 faiz təşkil edib. Azərbaycanda ümumi sənaye istehsalı 5 faizdən çox, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. 2021-ci ildə xərclərin artmasına baxmayaraq valyuta ehtiyatı 2,5 milyard dollar artıb. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, xarici ticarət balansının saldosu müsbətdir. Müsbət saldo 10 milyard dollardan çoxdur. Qeyri-neft ixracı 40 faizdən çox artıb.

Çörəyin qiymətinin qalxmasına münasibət bildirən Prezident İlham Əliyev bildirmişdir ki, bu qaçlımaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Azərbaycanın əsas təchizatçısı Rusiyadır. Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Çörəyin qiyməti süni sürərdə əvvəlki səviyyədə saxlanıla bilməzdi. Bu nəzərə alındı və eyni zamanda, dövlətin tənzimləyici rolu gücləndirildi ki, süni qiymət artımı olmasın. Eyni zamanda ölkədə çox geniş sosial paket həyata keçirildi. Minimum əmək haqqı 20 faiz, minimum pensiya 20 faiz, müxtəlif sahələrdə çalışan işçilərin əmək haqqları, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu sosial paket 2 milyondan çox insanı əhatə etməklə 1,5 milyard manat vəsaitlə başa gəlmişdir.

Şəhid ailələrinə, müharibə əlillərinə dövlət qayğısı və diqqətdən və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danəşakən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan dünya miqyasında bu sahədə öz modeli olan ölkələrdəndir. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən qayğı və diqqət nümunə sayıla bilər. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillə təmin olunub, 7400 nəfər minik avtomobili ilə təmin olunub. Təkcə keçən il 850 nəfər Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər, 750 nəfər İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri və qazilər mənzillə təmin olunublar.

Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa –yenidənqurma işləri ilə əlaqədar qeyd olunmuşdur ki, 2021-ci ildə bu istiqamətdə çox böyük proqram icra edilməyə başlanmışdır. Müharibədən çıxmış bir ölkə üçün bu ən geniş miqyaslı proqramdır. Bu proqramı fərqləndirən odur ki, proqram heç kimin yardımı olmadan Azərbaycanın öz gücü hesabına həyata keçirilir. İlkin olaraq minalardan təmizləməklə yanaşı, elektrik təsərrüfatı yaradıldı, yollar şəkildi. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Erənistanla həmsərhəd olan bölgələrdə 700 km yaxın yol çəkilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horodiz – Ağbənd – Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb.

ATƏT-in Minsk qrupu ilə bağlı suala cavablandırarkən cənab Prezident qeyd etmişdir ki, müharibədən sonra həmsədirlərin ilk bəyanatlarında onlar yeni reallıqlardan şox uzaq idilər. Lakin sonradan onların bəyanatlarına baxsaq görərik ki, indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həmdə başqa sənədlərə istinadları görünür. Bu qrupun gələcək fəaliyyətinə gəldikdə isə onu demək olar ki, onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə artıq həll olunub. Azərbaycan onların yerinə bu məsələni həll edib.

Azərbaycanda COVİD- 19 pandemiyası dövründə aparılan siyasət və bu siyasətin davam etdirilməsi üçün həyata keşiriləcək tədbirlərdən danışarkən cənab Prezident qeyd etmişdir ki, görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, bu çətin sınaqdan şərəflə şıxdı. MDB məkanında Azərbaycan vaksinasiyaya start verən ilk ölkə olmuşdur. Vaksinasiya ilə bağlı son məlumata görə , 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki dozu alıb. Eyni zamanda 1 milyon 500 min nəfərdən çox adam buster dozasını alıb. İndi əsas məsələ odur ki, hamı özünü qorumalıdır.

Cənab Prezidentin üç saaat ərzində yerli televiziya kanallarına müsahibəsində jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahədə görülən işlərə, ATƏT-in Minsk qrupu , işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə və digər məsələlərlə baglı suallara cavabları göstərir ki, Azərbaycan bundan sonra də cənab Prezidentin rəhbərliyi ilə bütün sahələrdə qarşıya qoyulmuş vəzifələri uğurla həyata keçriləcəkdir.

Rauf Əliyev

Milli Məclisin deputatı