Home Biznes və iqtisadiyyat xəbərləri Xarkov vilayəti Azərbaycanın bölgələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır

Xarkov vilayəti Azərbaycanın bölgələri ilə səmərəli əməkdaşlıqda maraqlıdır

180
0
SHARE

 

 

Ukraynanın Xarkov vilayətinin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərində yaxından iştirak edə bilər. Bu ərazinin bərpasına, sənayeyə, kənd təsərrüfatına edilən töhfələr çox qazanclı investisiyalar olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Xarkov Vilayəti Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov və Xarkov Vilayət Şurasının sədri Tatyana Eqorova-Lutsenko ilə görüşündə Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov söyləyib.

“Azərbaycan Prezidenti İlham Əliyev regionlararası əməkdaşlığın səmərəliliyini hər zaman qeyd edib. Xarkov vilayətindən olan nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri üçün plan hazırlanıb. Plan baxılmaq üçün Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbərinə təqdim olunacaq. Bu, səmərəli qarşılıqlı faydalı əməkdaşlıqdır”, – deyə Əfqan Salmanov əlavə edib.

Oleq Sinequbov öz növbəsində səmərəli əməkdaşlığına görə fəxri konsula təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğu humanitar, mədəni, təhsil və iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir.

“Xarkov vilayəti Azərbaycanın bölgələri ilə əməkdaşlığın inkişafında maraqlıdır”, – deyə qubernator vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov