Bu gün bir millət, iki dövlət üçün çox mühüm bir tarixdir.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyini rəsmi “Twitter” səhifəsində yerləşdirilmiş paylaşımda deyilir.
“Biz dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü fəxr və ruh yüksəkliyi ilə qeyd edirik. Azərbaycan və Türkiyə birlikdə neçə xoşbəxt illərə!”, deyə paylaşımda qeyd olunur.
Xaıtrladaq ki, Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.