Home Biznes və iqtisadiyyat xəbərləri Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb

248
0
SHARE

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu.

Həmçinin, Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edildi.