Home Biznes və iqtisadiyyat xəbərləri İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər – Ərdoğan

İsrail prezidenti Hersoq Türkiyəyə gələ bilər – Ərdoğan

204
0
SHARE

İsrail prezidenti İsaak Hersoq Türkiyəyə səfərə gələ bilər. Baş nazir Bennet tərəfindən də müsbət münasibət var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib.

İsraillə münasibətlərə toxunan dövlət başçısı qeyd edib ki, Türkiyə ilə İsrail arasında Aralıq dənizində mümkün əməkdaşlıq müsbət yanaşmaya və qarşılıqlı faydaya əsaslanmalıdır.

“Məqsəd müsbət yanaşma ilə irəliləyişə nail olmaqdır. Əgər bu əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanarsa, Türkiyə bu istiqamətdə bütün lazımi səyləri göstərəcək”, deyə R.T. Ərdoğan vurğulayıb.