Home Biznes və iqtisadiyyat xəbərləri “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaqdır…

“Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaqdır…

479
0
SHARE
Müsabiqə
Müsabiqə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə hər həftənin şənbə və bazar günləri AVTO FM-də (107.7) yayımlanan AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino Radio Kanalının III ənənəvi “Müasir Audiovizual Baxış” mükafatı təqdim olunacaq.Tan.az-a daxil olan məlumata görə  mükafat il ərzində fəaliyyətində müasir audiovizual düşüncəsi ilə seçilən şəxslərə təqdim olunur. İlk mükafat 2019-cu ildə təqdim olunub. 2020-ci ildə mükafat Azərbaycanın inklüziv teatrı olan “Əsas” teatrı haqqında çəkilmiş “Döngə” sənədli filminin ssenari müəəllifi və rejissoru Vəfa Ağabalayevaya Bakı Qısa Filmlər Festivalı çərçivəsində təqdim olunub. “Cinema Radio” Kino Radio Kanalının III “Müasir Audiovizual Baxış” Mükafatı 2021-ci ilin yekunlarına əsasən təqdim olunacaq. Tədbir 26 yanvar saat 16.00-da “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin Gənclik Mall-da yerləşən kinoteatrında keçiriləcək.  Təqdimetmə mərasimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “CinemaPlus” Kinoteatrlar Şəbəkəsinin dəstəyi ilə ilə keçiriləcəkdir. Mərasimdə həmçinin Azərbaycan filmlərindən “soundtrack”lər səslənəcək. Mərasimin sponsoru “Azman Holdinq” şirkətidir.