Home Biznes və iqtisadiyyat xəbərləri Ermənistanda vəziyyət gündən-günə pisləşir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Ermənistanda vəziyyət gündən-günə pisləşir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

187
0
SHARE

Ermənistanda vəziyyət gündən-günə pisləşir və bu təbiidir. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, yaranmış böhran ölkənin hərbi-siyasi rəhbərlərinin son illər yürütdükləri millətçilik siyasətinin nəticəsidir.

“Dövlətçilik tarixi və torpaqları olmayan bir xalqın özünü dünyanın ən ali və qədim tarixə malik xalqı adlandırması, təcavüzkarlıq, xəyanət yolunu tutaraq özgələrinin torpaqlarına yiyələnməsi, varlığını belə saxtalaşdırması vəziyyəti yaradan başlıca amillərdir və başqa cür də ola bilməz. Bu günün reallıqları da bunu bir daha sübut edir. Qonşu olduğu dövlətlərə, Gürcüstana, Azərbaycana, Türkiyəyə qarşı daim torpaq iddialarında olan, təcavüzlərə, təxribatlara əl atan Ermənistan yalnız kağız üzərində, sözdə müəyyən irəliləyişlərə nail olub, həyatda isə yaxşı heç nə qazanmayıb, əyilib, əzilib, başqalarının kölgəsinə sığınıb, olan-qalan var-dövlətini, müstəqilliyini itiribdir.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan, Türkiyəyə meydan oxuyan Ermənistan 44 günlük müharibədə sarsıdıcı zərbə alandan, burnu əziləndən sonra bu gün zəlil vəziyyətə düşübdür və demək olar ki, köməyə möhtacdır. Bu işğalçı ölkə tamamilə çöküb, iqtisadi-siyasi böhran, qarşıdurmalar, müharibədə ağır məğlubiyyət erməni xalqını çıxılmaz vəziyyətə salıbdır. Prezident Armen Sarkisyanın istefası ölkədəki siyasi gərginliyi daha yüksək həddə çatdırıb və xaosun qarşıdurmaların yeni mərhələsinə təkan veribdir. Ancaq bunu Ermənistanda hakimiyyətdə olanlar sanki görmürlər. Paşinyan yenə də yüksəlişdən, yeni iş yerlərinin açılmasından, insanların fəallığından, beynəlxalq aləmdə qazanılan uğurlardan söz açır və populist çıxışları ilə xalqı aldatmaqla məşğuldur. Müxalifətdə olanlar isə revanş götürmək, torpaqları geri qaytarmaq arzusundadırlar və yalan vədlərlə insanların başlarını qatırlar. Əlbəttə bu korluq, reallıqları dərk etməmək baş verən hadisələri qiymətləndirməməkdir. Ermənistana rəhbərlik edənlərin bəlası da budur və bu bəla onları daha ağır vəziyyətə salacaqdır”, deyə Tahir Rzayev bildirib.