Home Biznes və iqtisadiyyat xəbərləri İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik – İranın şəhərsalma naziri

İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik – İranın şəhərsalma naziri

211
0
SHARE

İki ölkə arasında birgə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik

Bunu İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qasemi deyib.

R.Qaseminin sözlərinə görə, Azərbaycan İrana təkcə qonşu deyil, doğma ölkədir:

“İki ölkə xalqları arasında əlaqələr dərindir və əminəm ki, bu əlaqələr daha da dərinləşəcək.
İran höküməti, hazırkı prezidenti qonşu ölkələrlə, xüsusilə də səmimi və dost Azərbaycanla əlaqələrin gücləndirilməsini istəyir.

İki ölkə arasında birgə əməkdaşlıq çərçivəsində işğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik”, – nazir vurğulayıb.