Home Biznes və iqtisadiyyat xəbərləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib

183
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı Ukrayna Prezidentini ad günü münasibətilə təbrik edib, fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Təbrikə və xoş sözlərə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Volodimir Zelenski Prezident İlham Əliyevin bu yaxınlarda ölkəsinə səfərini məmnunluqla xatırladığını qeyd edib. Azərbaycan Prezidenti səfər çərçivəsində göstərilən qonaqpərvərliyə görə Ukraynanın dövlət başçısına təşəkkür edib.

Telefon söhbəti zamanı gələcək ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.