Home Biznes və iqtisadiyyat xəbərləri Ata, ana müəyyən normalara əməl etmirsə, uşaqlar da ailə dəyərlərini heçə sayacaq…”...

Ata, ana müəyyən normalara əməl etmirsə, uşaqlar da ailə dəyərlərini heçə sayacaq…” – Deputat

180
0
SHARE

Məişət zorakılığı haqqında” Qanunun müəyyən qədər sərtləşdirilməsinə ehtiyac olduğunu hesab edirəm. Çünki son zamanlar daha da intensivləşən belə halların qarşısı alınmazsa, daha böyük fəsadlar törədə bilər. Məişət zorakılığı ailələrin bədbəxtliyinə, onların dağılmasına gətirib çıxarır. Məişət zorakılığına zəmin yaradan amillərdən biri də ailədə uşaqların düzgün tərbiyə almamasıdır”. 

 

Bunu tan.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 

Deputat qeyd edib ki, hər kəs valideynlik borclarını, vəzifələrini dərk etməlidir: “Əgər ailədə ata, ana müəyyən normalara əməl etmirsə, orada yetişən uşaqlar da ailə dəyərlərini heçə sayacaq, əxlaqi dəyərlərə yiyələnməyəcək. Ona görə də maarifləndirmə tədbirləri həddən artıq gücləndirilməlidir. Bayağı şəkildə yox, nümunəvi ailələrin timsalında müəyyən təbliğat işi aparılmalı, əyani faktlar göstərilməlidir. Bəzi hallarda insanları müəyyən qaydada aldadırlar. Misal üçün, son günlər 16 yaşlı qızın aldadılması məsələsi gündəmdədir. Bu və bu kimi bütün hallar cinayətdir, məişət zorakılığıdır. Bu, bir ailənin dağıdılmasıdır. Məişətdə baş verən xoşagəlməz hadisələr çox ciddi təsirini göstərir, məhz bu səbəbdən qanunlar sərtləşdirilməlidir. Hesab edirəm ki, cəzalar daha ağır olmalıdır. Nəzərə almaq lazımdır ki, boşanmaların sayı həddən çox artıb. Axı Azərbaycan ailəsi təmiz və möhkəm olmalıdır… Əgər ailənin təməli ali və müqəddəs deyilsə, həmin ailədə məişət zorakılığı halları adiləşibsə, orada böyüyən uşaqlar da cəmiyyət üçün faydalı olmayacaqlar. Ona görə də məişət zorakılığına qarşı nəinki dövlət, ictimai təşkilatlar, həmçinin bütün vətəndaşlar mübarizə aparmalıdır”.