Home Biznes və iqtisadiyyat xəbərləri Bakıda havanın keyfiyyəti yaxşılaşıb – ETSN

Bakıda havanın keyfiyyəti yaxşılaşıb – ETSN

161
0
SHARE

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən yanvar ayı ərzində Xətai, Nizami, Nərimanov rayonları ərazisində havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

“Lakin yanvar ayının bəzi günlərində Səbail rayonunda havada PM dispers toz hissəcikləri, Gəncə və Sumqayıt şəhərlərində isə azot-4 oksid normadan bir qədər yüksək qeydə alınıb”, – G.Abbasova deyib.

Xidmət rəsmisinin sözlərinə görə, yanvar ayı ərzində əsasən yağıntılı günlərin üstünlük təşkil etməsi atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının azalmasına və hava keyfiyyətinin yüksəlməsinə səbəb olub. Belə ki, ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayı ərzində atmosfer havasının çirklənmə səviyyəsi daha aşağı qeydə alınıb.

“Yaxın günlərdə yağıntılı və küləkli hava şəraitinin proqnozlaşdırıldığını nəzərə alsaq, yanvar ayının sonunadək havanın keyfiyyətinin yaxşı olacağı gözlənilir”, – xidmət rəsmisi qeyd edib.