Home Biznes və iqtisadiyyat xəbərləri “S-400”-lərin tədarük ilə bağlı proses davam edir – Türkiyə prezidenti

“S-400”-lərin tədarük ilə bağlı proses davam edir – Türkiyə prezidenti

229
0
SHARE

S-400-lərin tədarük ilə bağlı proses davam edir. Hər-hansı bir geriyə addımdan söhbət gedə bilməz.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yerli KİV-ə müsahibəsində Rusiyadan alınan S-400 HHM sistemləri ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə özü hansı ölkədən və nəyi alacağına qərar verir.

“Mən prezident olanda müdafiə sistemlərində yerli istehsalın payı 20 faiz idi, hazırda bu göstərici 80 faizə yüksəlib. Bu o deməkdir ki, Türkiyə çox fərqli şəkildə inkişaf edir, güclənir. Bu baxımdan biz yolumuza davam edir və davam edəcəyik”, – deyə Türkiyə dövlət başçısı qeyd edib.