Home Biznes və iqtisadiyyat xəbərləri Britaniya xarici işlər nazirinin müavini: Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Britaniya xarici işlər nazirinin müavini: Xocalı qətliamı Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

152
0
SHARE

Böyük Britaniya hökuməti Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində bu faciəyə münasibətini bildirib.

AZƏRTAC xəbər verir ki, Parlamentin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən tərəfindən hökumətə ünvanlanmış yazılı müraciətdə hökumətin faciəyə münasibəti sorğu edilib.

Hökumətin mövqeyi Xarici İşlər nazirinin müavini, Avropa məsələləri üzrə dövlət naziri Kris Hiton-Harris tərəfindən təqdim olunub.

Bləkmənin sualına cavab olaraq dövlət naziri Xocalı qətliamını Azərbaycan tarixinin faciəvi səhifələrindən biri kimi səciyyələndirib. O, Xocalı soyqırımının baş verdiyi dövrdə iqtidarda olmuş Birləşmiş Krallıq hökumətinin həmin hadisələri sərt şəkildə qınadığını xatırladıb. Dövlət naziri, həmçinin belə faciələrin gələcəkdə baş verməməli olduğunu vurğulayıb.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London