Home Biznes və iqtisadiyyat xəbərləri Deputat Azər Badamov növbəti fərdi vətəndaş qəbulu keçirdi

Deputat Azər Badamov növbəti fərdi vətəndaş qəbulu keçirdi

346
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Azər Badamov 31 yanvar 2022-ci il tarixində Qusarda yerləşən deputat ofisində seçicilərin növbəti qəbulunu keçirdi.

Qəbulda vətəndaşlar tərəfindən əsasən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları kimi müraciətlər səsləndirilmişdir. Qəbula gəlmiş vətəndaşların müəyyən problemləri müvafiq qurumlarla əlaqə saxlanılaraq deputat tərəfindən yerindəcə həll edilmiş, digər məsələlər və problemlərlə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etmək üçün qeydiyyata alınmışdır.