Home Biznes və iqtisadiyyat xəbərləri Elçin Əmirbəyov: Azərbaycan yeni səhifəni açmağa hazırdır

Elçin Əmirbəyov: Azərbaycan yeni səhifəni açmağa hazırdır

157
0
SHARE

“Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” adlı konfransın mövzusu yaşadığımız dövrün aktual mövzularından biridir. Qadın yenidənqurma və bərpa işlərində mühüm rol oynayır. Onlar cəmiyyətin təməl daşını təşkil edirlər və müharibədən sonra ölkənin üzləşdiyi problemlərin həlli istiqamətində işlərə cəlb olunublar. Cəmiyyətin sağlamlaşdırılması işində qadınların mühüm rolu var.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 31-də “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı Birinci vitse-prezidentin köməkçisi, səfir Elçin Əmirbəyov ifadə edib.

Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla, Cənubi Qafqaza sülh, təhlükəsizlik, sabitlik, inkişaf üçün yeni imkanlar açıb. Azərbaycan qəti şəkildə inanır ki, sülhün, dinc birgə yaşayışın alternativi yoxdur. Azərbaycan yeni səhifəni açmağa hazırdır.