Home Biznes və iqtisadiyyat xəbərləri Deputat Şahin Seyidzadə növbəti fərdi vətəndaş qəbulu keçirdi

Deputat Şahin Seyidzadə növbəti fərdi vətəndaş qəbulu keçirdi

231
0
SHARE

Azərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Abşeron rayonunda növbəti fərdi vətəndaş qəbulu keçirdi. Yanvar ayının 29-da Abşeron rayonu Güzdək qəsəbəsində Şəhid ailələrinin üzvləri, Vətən Müharibəsi iştirakçıları, eləcə də Qobu, Pirəküşkül, Ceyranbatan, Güzdək qəsəbələrindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilmişdir.

Qəbulda vətəndaşlar tərəfindən məşğulluq, sosial müdafiə, sağlamlıq, infrastruktur, əmlak və torpaq mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.

Vətəndaş qəbulu zamanı Millət vəkili tərəfindən bəzi məsələlər yerində həllini tapmış,  vətəndaşlar tərəfindən səsləndirilən digər problemlərin isə qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat verilmişdir.