Home Biznes və iqtisadiyyat xəbərləri Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Milli Məclisdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişikliklər birinci oxunuşda təsdiqlənib

158
0
SHARE

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Qanunun 9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Qanun layihəsinə görə, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihə Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Məqsəd bütün növ qoşunların maddi-texniki bazasının ən yüksək səviyyədə təmin edilməsidir.