Home Gündəm “Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz”…

“Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz”…

257
0
SHARE

Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Zəfər tariximizin qəhrəmanları: şəhidlərimiz, qazilərimiz” adlı layihəyə start verir.
Layihənin rəhbəri Səbinə Novruzzadə mətbuata açıqlamasında deyib ki, layihə Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsindən, Vətən müharibəsi iştirakçılarının tanıdılmasından, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkilindən və onların Zəfər tariximiz barədə maarifləndirilməsindən bəhs edir: “Bakı şəhəri, Nizami rayonunun 120-dən çox qazisini, 32 şəhid ailəsini əhatə edəcək layihə çərçivəsində ümumi auditoriyası 400 nəfərdən artıq gənci əhatə edəcək tədbirlər təşkil olunacaq. Həmin tədbirlərdə İctimai Birliyin sifarişi ilə rayonun şəhidləri haqqında hazırlanacaq film nümayiş etdiriləcək, çap olunacaq bukletlər paylanılacaq, qazilər mükafatlandırılacaq”.
Səbinə Novruzzadə əlavə edib ki, 3 ay davam edəcək və şəhidlərimizin əziz xatirəsinə dərin hörmətin, ehtiramın göstəricisi olan layihə Zəfər tariximizin gənclərin yaddaşına yazılmasına xüsusi töhfəsini verəcək, onların maarifləndirilməsinə vəsilə olacaq.