Home Biznes və iqtisadiyyat xəbərləri Parlamentin komitə sədri: “Gənclər ictimai-siyasi həyatda fəal rol oynamalıdırlar”

Parlamentin komitə sədri: “Gənclər ictimai-siyasi həyatda fəal rol oynamalıdırlar”

211
0
SHARE

“Vətən müharibəsində tarixi qələbə bütün dünyaya xalqımızın mübarizliyini, gənclərimizin qəhrəman ata-babalarının yolunu davam etdirdiyini nümayiş etdirdi”.

Bunu tan.az-a açıqlamasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Komitə sədri bildirib ki, Prezident İlham Əliyev Gənclər Forumunda gənclərin ölkənin ictimai, siyasi, mədəni həyatında da rolunu yüksək qiymətləndirib: “Dövlət başçısı Azərbaycan gənclərinin Heydər Əliyev ideyalarına, milli-mənəvi dəyərlərimizə sadiq olduğu, vətənpərvər ruhda tərbiyələndiklərini xatırladaraq, bugünkü gənclərimizlə fəxr etdiyini bildirdi. Qarabağı görməyən gənclər Qarabağ, Vətən, milli ləyaqət uğrunda ölümə getdilər, şəhid, qazi oldular. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, əsl vətənpərvərlikdir. Vətən müharibəsində ən çətin anlarda gənclərin vətənpərvərliyi mümkün olmayanı da reallığa çevirdi. Milli ruh, milli ləyaqət və vətənpərvərlik Ordunu irəli aparırdı. Belə xalqla heç kim mübarizə apara bilməz. Sözsüz ki, milli ruhumuz, vətənpərvərliyimiz bundan sonra da Azərbaycan xalqına daha böyük uğurlar qazandıracaq. Forumda ölkə rəhbəri də buna əmin olduğunu bildirdi və qeyd etdi ki, bundan sonra da gənclərimizin milli-mənəvi dəyərlərə yiyələnməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması işləri sistemli şəkildə davam etdirilməli və gənclər Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynamalıdırlar”.