Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi.
Bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən deyib.
Dövlət başçısı bildirib:
“Əlbəttə, Şuşadan əvvəl Daşaltı götürülməli idi. İndi Şuşaya gedən hər adam görür ki, əgər Şuşada sən nə dərəcədə hakim mövqeyə sahibsənsə Daşaltı da o qədər zərbə altındadır. Daşaltı götürüləndə əminlik daha da artdı. Şuşa uğrunda döyüşlər bir neçə gün davam etdi. Mən əmin idim ki, bizim əsgər və sabitlərimiz Şuşanı azad edəcəklər. Böyük fədakarlıq, qəhrəmanlıq göstərərək biz buna nail olduq. Şuşanın tam azad edilməsi noyabrın 8-də baş verdi. Çünki artıq noyabrın 8-də ermənilərin bütün müqaviməti tamamilə məhv edilmişdi. Ancaq ondan bir-iki gün qabaq artıq biz Şuşada idik, orada şəhər döyüşləri gedirdi”.