Home Biznes və iqtisadiyyat xəbərləri Sahibə Qafarovanın Litvaya rəsmi səfəri başlayıb

Sahibə Qafarovanın Litvaya rəsmi səfəri başlayıb

222
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıği ilə parlament nümayəndə heyəti Litva Respublikasına rəsmi səfərə gəlib.

Bu barədə Milli Məclisin mətbuat xidməti xəbər verir.

Vilnüs Beynəlxalq Hava Limanında nümayəndə heyətimizi Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Kazis Starkeviçus, Litvanın Azərbaycandakı səfiri Egidiyus Navikas, ölkəmizin Litvadakı səfiri Tamerlan Qarayev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər zamanı Milli Məclis sədrinin Litva Respublikasının Prezidenti, ölkə Seyminin sədri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.