Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya və Fransa prezidentləri arasında növbəti telefon danışığı baş tutub

Rusiya və Fransa prezidentləri arasında növbəti telefon danışığı baş tutub

247
0
SHARE

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında növbəti dəfə telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı Rusiyanın ABŞ və NATO ilə təhlükəsizlik zəmanətləri üzrə müzakirələr ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kremlin yaydığı bəyanatda bildirilir ki, Ukrayna ətrafında vəziyyət və Rusiya Federasiyasının təhlükəsizliyinə uzunmüddətli hüquqi təminatların hazırlanması təşəbbüsü ilə bağlı məsələlər üzrə substantiv dialoq davam etdirilib. Tərəflər mövcud vəziyyətə, o cümlədən bir sıra beynəlxalq tərəfdaşlarla son təmaslar nəzərə alınmaqla, eləcə də Fransanın Avropa İttifaqı Şurasına sədrliyi kontekstində dəyərləndirmə mübadiləsi aparıblar.