Home Biznes və iqtisadiyyat xəbərləri Azərbaycanda Audiovizual Şura yaradılır, MTRŞ ləğv olunur

Azərbaycanda Audiovizual Şura yaradılır, MTRŞ ləğv olunur

194
0
SHARE

Azərbaycan Respublikası Audiovizual Şurası yaradılır və Milli Televiziya və Radioyayım Şurası (MTRŞ) ləğv olunur.

Bu barədə Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanda qeyd olunub.

Fərmana əsasən, Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, Milli Televiziya və Radio Şurasının səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək Milli Televiziya və Radio Şurasının Aparatı fəaliyyətini davam etdirir.