Home Biznes və iqtisadiyyat xəbərləri Özbəkistanda Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu keçiriləcək

Özbəkistanda Türk Dövlətləri Təşkilatı işçi qrupunun Forumu keçiriləcək

175
0
SHARE

Fevralın 9-10-da Özbəkistanın qədim Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) işçi qrupunun Forumu keçiriləcək.

AZƏRTAC Özbəkistan Turizm və İdman Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tədbirdə Özbəkistan, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın nümayəndələri iştirak edəcəklər.

Forumda Özbəkistanın Kokand şəhərinin “Türk dünyasının turizm paytaxtı” elan olunması və bununla bağlı keçiriləcək tədbirlər planı müzakirə ediləcək, müvafiq qərar qəbul olunacaq.

Tədbirdə TDT çərçivəsində ziyarət turizminin, adi səfərlərin daha da inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olacaq.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd