Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya və Fransa prezidentləri Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

Rusiya və Fransa prezidentləri Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

183
0
SHARE

Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron Qarabağda vəziyyəti müzakirə ediblər.

AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfərə çərçivəsində Prezident Vladimir Putinlə keçirilən görüş zamanı Qarabağda vəziyyətlə bağlı da müzakirələr aparılıb.

Görüşdən sonra təşkil olunmuş mətbuat konfransında V.Putin bildirib ki, fransalı həmkarı ilə Qarabağ ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb, atəşkəsə nəzarət edən və dinc həyatın nizama salınmasını təmin edən sülhməramlıların müsbət rolu qeyd olunub. Tərəflər ATƏT-in Minsk qrupunun regionun sosial-iqtisadi problemlərinin həllində əhəmiyyətli rolunu qeyd ediblər.

Fransa Prezidenti Emmanuel Makron öz növbəsində Rusiya sülhməramlı kontingentinin Qarabağ ətrafında vəziyyətin sabitləşməsində rolunu vurğulayıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva