Home Biznes və iqtisadiyyat xəbərləri ABŞ Polşaya daha bir qrup hərbçisini göndərib

ABŞ Polşaya daha bir qrup hərbçisini göndərib

220
0
SHARE

Göyərtəsində ABŞ-ın 82-ci hava-desant diviziyasının hərbi qulluqçuları olan azı dörd C-17A Globemaster III hərbi-nəqliyyat təyyarəsi Polşaya gəlib.

Fort Bragg (Şimali Karolina) bazasından havaya qalxan təyyarələr Polşanın Rzeşov şəhərində enib.

Vaşinqtonun qərarına əsasən, şəhərdə 82-ci hava-desant diviziyasının briqada döyüş qrupunun tərkibində ümumilikdə 1700 amerikalı paraşütçü yerləşdiriləcək. Bir gün əvvəl amerikalı hərbçilərin olduğu daha üç təyyarə Rzeşov-Yasyonka hava limanına enib.

Məlumatlara görə, ABŞ ordusunun 18-ci hava-desant diviziyasının ən azı 750 hərbçisi artıq Polşaya yerləşdirilib.