Home Biznes və iqtisadiyyat xəbərləri Virusdan qoruyan ən etibarlı vasitə üçüncü peyvənd dozasının vurulmasıdır

Virusdan qoruyan ən etibarlı vasitə üçüncü peyvənd dozasının vurulmasıdır

194
0
SHARE

Ölkəmizdə yeni növ koronavirusa (COVID-19) qarşı tətbiq edilən peyvəndin “buster” dozasının tətbiqi davam edir. Mütəxəssislər qeyd edirlər ki, risk qrupunda olanların peyvəndin üçüncü dozasını qəbul etməsi məsləhətdir. Belə ki, yaşlı sakinlər və yanaşı xəstəliyi olanlar özlərini yalnız bu üsulla qoruya bilərlər. İndiyədək 2,3 milyona yaxın əhali artıq həmin dozadan istifadə edib.

Peyvənd virusa yoluxmadan xilas etməsə də, xəstəliyi daha yüngül keçirməyi təmin edir. Aparılan tədqiqatlar göstərir ki, COVID-19-a qarşı peyvəndin üçüncü dozasını qəbul edən yaşı 60-dan yuxarı olanlarda yoluxmadan qorunma 11, ağırlaşmalardan qorunma isə 19 dəfə artır.

AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib: “Belə bir vaxtda “buster” dozanın vurulması vacibdir, buna qanda anticisimlərin miqdarını sabit saxladığı üçün ehtiyac var. pandemiyanın davam etdiyi müddətdə ən düzgün qorunma yolu profilaktik tədbirlərlə yanaşı həm də peyvənd edilməkdir”.

Hazırda peyvəndləmə prosesi həm stasionar, həm də səyyar şəkildə davam etdirilir. Bir daha xatırlatmağa dəyər ki, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək, çünki COVID-19-a qarşı tətbiq edilən iki dozadan ibarət peyvəndin beş ay sonra virusa qarşı müqaviməti azalır. Ona görə də üçüncü doza peyvəndin vurulması üçün zərurət yaranır.