Home Biznes və iqtisadiyyat xəbərləri Ceyhun Bayramov: Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi üzv dövlətlər və beynəlxalq təşkilatlar...

Ceyhun Bayramov: Azərbaycanın Qoşulmama Hərəkatına fəal sədrliyi üzv dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir

206
0
SHARE

Bakı, 10 fevral, AZƏRTAC

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini təşkilatın təməl prinsipləri olan tarixi Bandunq prinsipləri üzərində qurub. Azərbaycanın bu təşkilatda fəal rolu və sədrliyi həm üzv dövlətlər, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov fevralın 10-da “Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiyası” konfransında çıxışı zamanı deyib.

Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə multilateralizmi təşviq etmək baxımından gözəl platforma olduğunu qeyd edən nazir bu tədbirin təşkilinə görə ADA Universitetinin rəhbərliyinə, həmçinin konfransda iştirak etdikləri üçün Hərəkata üzv dövlətlərin Bakıdakı səfirlərinə təşəkkürünü bildirib.

Ceyhun Bayramov qeyd edib ki, bu tədbir gənclərin gələcəyin liderləri kimi beynəlxalq münasibətlərin qurulması barədə məlumat almaları baxımından gözəl təcrübə olacaq.

“Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində irəli sürülən təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər təşkilatın prinsiplərinə uyğun olaraq qəbul edilib və təqdirəlayiqdir”, – deyə nazir əlavə edib.