Home Biznes və iqtisadiyyat xəbərləri Nazir Mövlud Çavuşoğlu: “Bir millət, iki dövlət!” anlayışı ilə Azərbaycanla bir-birimizi qorumağa...

Nazir Mövlud Çavuşoğlu: “Bir millət, iki dövlət!” anlayışı ilə Azərbaycanla bir-birimizi qorumağa davam edəcəyik

240
0
SHARE

Mərhum Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik!”. Dilimiz, dinimiz, taleyimiz birdir. Bir millətik. Bir millət kimi, lazım olduqda bir dövlət kimi necə davranmaq lazım olduğunu yaxşı bilirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin “TRT Haber” telekanalında canlı yayımda çıxış edən xarici işlər naziri Mövlud Çavuşoğlu ifadə edib.

Tanınmış aparıcı Ahmet Görməzin Şuşa Bəyannaməsindən sonra iki qardaş ölkə münasibətlərinin dinamikasına aid sualını cavablandıran nazir Mövlud Çavuşoğlu Qarabağ Zəfərinin “Bir millət, iki dövlət!” anlayışı və duyğusu əsasında, qətiyyətli qərarlar nəticəsində qazanıldığını diqqətə çatdıraraq deyib: “Qarabağ Zəfərindən sonra Şuşa Bəyannaməsi əsasında əlaqələrimiz yeni bir formaya gəlib. Biz müttəfiqik! Bu Bəyannamə çərçivəsində atılacaq addımlar məlumdur və bu istiqamətdə də çalışırıq”.

Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət!” anlayışı ilə bir-birini bundan sonra da qoruyacaqlarını diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dostluq və qardaşlıq münasibətini xatırladaraq vurğulayıb ki, Azərbaycan tərəfi beynəlxalq platformalar da daxil olmaqla bütün məkanlarda səmimi istəklə hər zaman Türkiyənin yanında olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara