Home Biznes və iqtisadiyyat xəbərləri Səhiyyə naziri: Növbəti beş il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır

Səhiyyə naziri: Növbəti beş il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanır

185
0
SHARE

Bakı, 10 fevral, AZƏRTAC

Atılacaq qısamüddətli addımlardan biri səhiyyənin rəqəmsallaşdırılmasıdır. Həmin məqsədlə növbəti 5 il üçün rəqəmsal səhiyyə strategiyası hazırlanmaqdadır.

AZƏRTAC xəbər verir ki, bunu bu gün Səhiyyə Nazirliyində keçirilən brifinqdə səhiyyə naziri Teymur Musayev deyib.

Nazirin sözlərinə görə, rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının yeddi məqsədi var ki, onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir.

T.Musayev strategiya çərçivəsində irihəcmli layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb.